...

Azərbaycan Uruqvaya etiraz notası göndərib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2012 12:42 (UTC +04:00)
Azərbaycan Uruqvay parlamentinin üzvünün bu yaxınlarda dediyi fikirlərlə və onun Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməsi ilə əlaqədar bu ölkəyə etiraz notası göndərib.
Azərbaycan Uruqvaya etiraz notası göndərib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (birinci xəbər saat 12.24-də yayılıb)

Azərbaycan, Bakı, 14 noyabr / Trend, müxbir S.Ağayeva/

Azərbaycan Uruqvay parlamentinin üzvünün bu yaxınlarda dediyi fikirlərlə və onun Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməsi ilə əlaqədar bu ölkəyə etiraz notası göndərib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev çərşənbə günü keçirilən brifinqdə deyib.

"Uruqvaydan olan bəzi deputatların səfərləri gərginliyi artırmaqdan başqa heç nəyi dəyişdirmir. Bunların arxasında erməni qüvvələri dayanır və onlar danışıqlar prosesinə ziyan vururlar. Ermənistanda anlayırlar ki, Azərbaycan öz ərazilərini geri qaytarmağa qadirdir, lakin hazırkı mərhələdə münaqişənin dinc yolla həllinə sadiqdir. Azərbaycan öz torpaqlarını qaytarmaq iqtidarındadır", - Abdullayev bildirib.

Onun sözlərinə görə, təəssüf ki, bəzi xarici deputatlar bir növ Ermənistan tərəfinin alətinə çevriliblər və bununla da sülh prosesinə zərbə vururlar.

"Uruqvayda anlamalıdırlar ki, belə addımlar kövrək sülh prosesi üçün təhlükəlidir. Hamı anlamalıdır ki, Azərbaycan gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək", - o deyib.

Abdullayevin sözlərinə görə, Azərbaycanın habelə Uruqvayda akreditə olunmuş Argentinadakı səfirliyinə etiraz notasını Uruqvay XİN-ə təqdim etmək tapşırılıb.

XİN rəsmisi bildirib ki, Uruqvaydan olan deputatların işğal olunmuş ərazilərə qanunsuz səfər etmələri onların qaçqınların və məcburi köçkünlərin hüquqlarına hörmətlə yanaşmadıqları deməkdir.

"Uruqvay separatçı "Dağlıq Qarabağın müstəqilliyini" tanıyacaq ilk ölkələrdən biri ola bilər", - bunu çərşənbə axşamı Xankəndidə Ermənistan-Uruqvay parlamentlərarası dostluq qrupunun üzvü, Uruqvay parlamentinin Xarici əlaqələr komissiyasının üzvü Ruben Martinos Uelmo bildirib. Bu barədə ARKA xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti