...

ATƏT qoşunların təmas xəttində vəziyyəti araşdıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2012 09:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr / Trend müxbir M.Əliyev/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 5-də Azərbaycanın Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qərbində yerləşən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyindən bildirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçi Uilyam Prayor, səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Palanlaşdırma qrupunun nümayəndəsi Andrey Baraşkin keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeniy Şarov və Yüksək Səviyyəli Palanlaşdırma qrupunun nümayəndəsi Vitali Belokon keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti