Azərbaycan, Bakı, 18 yanvar /Trend/
Ermənistan hərbiçiləri üç istiqamətdə atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.