...

Britaniya Lordlar Palatasının üzvü Xocalıda aeroportun açılmasına dair istənilən təklifi təxribat hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2013 14:37 (UTC +04:00)
Xocalıda aeroportun açılmasına dair istənilən təklif hazırkı sülh danışıqlarına şübhəsiz ki, mənfi təsir göstərə biləcək təxribat hərəkəti hesab olunur.
Britaniya Lordlar Palatasının üzvü Xocalıda aeroportun açılmasına dair istənilən təklifi təxribat hesab edir

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.Mehdiyev/

Xocalıda aeroportun açılmasına dair istənilən təklif hazırkı sülh danışıqlarına şübhəsiz ki, mənfi təsir göstərə biləcək təxribat hərəkəti hesab olunur.

Avropa-Azərbaycan Cəmiyyətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bunu Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Leyard Ermənistanın Xocalı aeroportunun yenidən açılması haqqında planlarına dair suala cavab verərkən deyib.

O qeyd edib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı heç vaxt oradakı reyslər qrafikinə rəsmi şəkildə icazə verə bilməz və Xocalıdakı aeroport təmas xəttinə çox yaxın olduğu üçün bu aeroportdan istifadə edən istənilən sərnişin üçün açıq-aşkar təhlükə mənbəyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti