...

Baş nazir: Ayrı-ayrı deputatların qondarma "Dağlıq Qarabağ respublikası" ilə dostluq qrupunun yaradılması üzrə mövqeyi Litvanın rəsmi mövqeyi deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2013 12:28 (UTC +04:00)
Qondarma "Dağlıq Qarabağ respublikası"nın parlamenti ilə dostluq qrupunu yaratmış bəzi parlamentarilərin mövqeyi rəsmi Vilnüsun mövqeyilə üst-üstə düşmür.
Baş nazir: Ayrı-ayrı deputatların qondarma "Dağlıq Qarabağ respublikası" ilə dostluq qrupunun yaradılması üzrə mövqeyi Litvanın rəsmi mövqeyi deyil

Azərbaycan, Bakı, 9 aprel / Trend, müxbir A. Axundov/

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın parlamenti ilə dostluq qrupunu yaratmış bəzi parlamentarilərin mövqeyi rəsmi Vilnüsun mövqeyilə üst-üstə düşmür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Litvanın Baş naziri Alqirdas Butkyaviçyus deyib.

"Qrup bəzi parlamentarilər tərəfindən yaradılıb, onların mövqeyi Vilnüsun rəsmi mövqeyilə heç cür üst-üstə düşmür və onların əksəriyyəti məsələnin məğzini başa düşmür" , - Baş nazir bəzi litvalı deputatların separatçı Dağlıq Qarabağ rejiminin parlamenti ilə dostluq qrupunun yaradılması barədə təşəbbüsünü şərh edərkən bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti