...

Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etmək niyyətindədir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 May 2013 13:29 (UTC +04:00)
Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etmək niyyətindədir.
Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etmək niyyətindədir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E. Tariverdiyeva/

Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etmək niyyətindədir.

Trend-in çərşənbə axşamı "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Moskvada keçirdiyi birgə mətbuat konfransında deyib.

Lavrovun szölərinə görə, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir və buna heç kəsi inandırmaq lazım deyil:

"Rusiya üçün regionda sabitlik çox vacibdir, biz münaqişənin nizamlanmasında ən fəal rol oynamışıq və münaqişəni müxtəlif formatlarda irəliyə aparmağa çalışırıq. Həmsədrlər qismində münaqişə tərəfləri arasında güzəştlərin axtarışı üzərində fəal iş aparırıq".

Onun sözlərinə görə, tapşırıq nizamlanmanın prinsipləri üzrə əldə edilən razılıqları praktiki müstəviyə keçirməkdən ibarətdir.

Nazir deyib ki, biz bu məsələnin həlli üçün hər cür şərait yaradacağıq.

Lavrov, həmçinin Azərbaycan rəhbərliyinin rusdilli məkana dəstək verməyə istiqamət aldığını qeyd edib ki, buna da iki ölkə arasında humanitar əməkdaşlıq proqramı yardım edir.

Lavrovun sözlərinə görə, tərəflər, həmçinin beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyəti, Azərbaycan-Rusiya münasibətlərinin gündəlikdə dayanan məsələlərini nəzərdən keçiriblər:

"Biz sıx regional əlaqələri qeyd etdik, bizim humanitar əməkdaşlığımızın səviyyəsini yenidən qiymətləndirmək çətindir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti