...

Herman van Rompuy: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prinsiplərini indidən razılaşdırmaq lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2013 16:13 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə nizamlanması prinsiplərini artıq indidən razılaşdırmaq lazımdır.
Herman van Rompuy: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prinsiplərini indidən razılaşdırmaq lazımdır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə nizamlanması prinsiplərini artıq indidən razılaşdırmaq lazımdır. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Yekaterinburqda olan Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompuy bildirib.

Bu gün Rusiya-Aİ sammitinin yekunlarına həsr edilən birgə mətbuat konfransında H.Rompuy qeyd edib: "Bu, həlli mümkün olan münaqişədir və biz (Rusiya ilə birgə) mövcud danışıq mexanizmləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsində əməkdaşlıq edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti