...

Azərbaycan ATƏT Parlament Assambleyasını ədalətli olmağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2013 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri ATƏT Parlament Assambleyasını ədalətli olmağa çağırıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "Qafqazda münaqişələr: tarix, müasirlik və nizamlanma perspektivləri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib ki, bir neçə gün öncə ATƏT-in Parlament Assambleyasında insan haqları ilə bağlı yayılmış bəyanatda Cənubi Qafqazda qaçqınlar haqqında bölmədə yalnız Gürcüstandakı qaçqınlar və məcburi köçkünlərin vəziyyəti haqqında fikirlər yer almışdı:

"Mən bizim gürcü həmkarlarımıza və dostlarımıza çox böyük hörmət və ehtiramla yanaşıram və əminəm ki, o mövzular orada yer almalı idi və bundan sonra da yer almağa davam edəcək. Amma eyni zamanda Azərbaycan qaçqın və məcburi köçkünləri unudulanda, onlarla bağlı bu cür yüksək dairələrdə, ATƏT-in Parlament Assambleyası kimi təsisatlar tərəfindən mövqe bildirlməyəndə, bu, bizdə haqlı olaraq suallar və iradlar meydana çıxarır və o zaman sual meydana çıxır ki, nədən Azərbaycanın qaçqın və məcburi köçkünləri unudulur, nədən bəzi demokratik təsisatlar, Avropanın demokratik təsisatları Azərbaycanın qaçqın və məcburi köçkünlərini unutdurmağa çalışırlar? Əgər biz Cənubi Qafqaz bölgəsindən danışırıqsa, əgər biz Cənubi Qafqazda sabitlikdən, sülhdən, əminamanlıqdan danışırıqsa, o zaman bütün tərəflərə eyni ədalətli yanaşma sərgilənməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti