...

Erməni silahlı birləşmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2013 09:42 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Erməni silahlı birləşmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Erməni silahlı birləşmələri cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çaylı, Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Yusifcanlı kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti