...

Malayziya rəsmisi: Dağlıq Qarabağ münaqişəsi nəticəsində xeyli sayda gənc öz həyatını itirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Avqust 2013 09:52 (UTC +04:00)
İCAPP Gənclər Qolunu ilk iclası 2012-ci ildə Malayziyanın Kuala-Lumpur şəhərində həmin ölkənin baş nazirinin iştirakı ilə keçirilib.
Malayziya rəsmisi: Dağlıq Qarabağ münaqişəsi nəticəsində xeyli sayda gənc öz həyatını itirib

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsi nəticəsində xeyli sayda gənc öz həyatını itirib və bu da Azərbaycan üçün böyük itkidir. Trend-in məlumatına görə, bunu Bakıda çərşənbə günü Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun 2-ci toplantısında çıxışı zamanı Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım bildirib.

Malayziya Baş nazirinin xüsusi məsləhətçisi öz çıxışında "ərəb baharı"ndan danışaraq bildirib ki, Liviyada, Misirdə baş verən hadisələr onu göstərir ki, bəzən gənclər düşünmədən bu proseslərə qoşulurlar və nəticədə üsyanlar, digər ağır proseslər yaşanır: "Eyni zamanda çox təəssüflər olsun ki, Yaxın Şərqdə baş verən hadisələrdə gənclər həyatlarını itirirlər. Odur ki, biz çalışmalıyıq ki, gənclərdən baş verən hadisələrdə düzgün istifadə edək".

Onun sözlərinə görə, İCAPP Gənclər Qolunu ilk iclası 2012-ci ildə Malayziyanın Kuala-Lumpur şəhərində həmin ölkənin baş nazirinin iştirakı ilə keçirilib. Dato Seri Şahidan Kasım inandığını bildirib ki, Bakıda öz işinə başlayan qurumun 2-ci toplantısı da çox məhsuldar olacaq: "Mən çox optimistəm ki, bizim ötən müddət ərzində gördüyümüz işlər 2015-ci ildə öz nəticələrini verəcək. Biz artıq növbəti mərhələyə qədəm qoyuruq".

O deyib ki, Bakıda keçirilən tədbirə Asiya ölkələrindən olan müxtəlif baxışlara malik gənclər qatılıblar: "Bu günün gəncləri sabahın liderləridir. Bu isə imkan verir ki, onlar gələcəyin siyasətçisi, lideri kimi qətiyyətli və vacib qərarlar qəbul edə bilsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti