...

Cəbhə xəttində atəşkəs yenidən pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Avqust 2013 10:01 (UTC +04:00)
Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Cəbhə xəttində atəşkəs yenidən pozulub

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Göygöl, Daşkəsən, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti