...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənmzimlənməsində kompromis tərəfi olmağa Ermənistanın heç bir hüququ yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Sentyabr 2013 11:54 (UTC +04:00)
“Ermənistan Rusiyanın iştirakı olmadan Qarabağın təhlükəsizliyini təmin edə bilməz. Ona görə Rusiya ilə əlaqələr Ermənistan üçün vacibdir.” Bu fikirlərin müəllifi Ermənistanın müdafiə naziri Seyran Ohanyan həm də qarşılıqlı kompromislərdən də danışdı. S.Ohanyanın müdafiə naziri qismində kompromisdən danışması psixoloji məğlubiyyətin göstəricisidir.
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənmzimlənməsində kompromis tərəfi olmağa Ermənistanın heç bir hüququ yoxdur

Azərbaycan, Bakı, 24 senytabr /Trend, müxbir E.Mehdiyev/

"Ermənistan Rusiyanın iştirakı olmadan Qarabağın təhlükəsizliyini təmin edə bilməz. Ona görə Rusiya ilə əlaqələr Ermənistan üçün vacibdir." Bu fikirlərin müəllifi Ermənistanın müdafiə naziri Seyran Ohanyan həm də qarşılıqlı kompromislərdən də danışdı. S.Ohanyanın müdafiə naziri qismində kompromisdən danışması psixoloji məğlubiyyətin göstəricisidir.

Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, ermənilər davranışları ilə təsdiq edirlər ki, Dağlıq Qarabağ müharibəsini udan ermənilər deyil, Rusiyadır: "Ona görə ermənilər əvvəlcə münaqişə tərəfi olduqlarını sübut etməlidirlər. Ermənistan Dağlıq Qarabağ münaqişəsində tərəfdirsə, bu zaman Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli fonunda Ermənistana iqtisadi kompromislər təklif edə bilər. Azərbaycanın iqtisadi təşəbbüslərinə reaksiya verməməsi Ermənistanın hətta Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda da söz sahibi olmadığını göstərir".

M.Əhmədoğlunun fikrincə, Ermənistan prezidenti Serj Sarkisyanın yalançılığı, blef qabiliyyəti Putinin qabağında işləmədi, Avropaya inteqrasiya prosesi dayandı: "S.Sarkisyan nəinki Gömrük ittifaqına, hətta Avrasiya İqtisadi Komissiyasına üzv olacağını bildirdi. Ermənsitan Avrasiya İqtisadi Komissiyasına tabe olacaq ilk dövlətdir. Avrasiya İqtisadi Komissiyası dövlətüstü qurumdur. Avrasiya İqtisadi Komissiyası keçmiş SSRİ-nin Nazirlər Sovetinin prototipidir. Gömrük İttifaqınin əsas funksiyası keçmiş SSRİ məkanındakı dövlətləri Avrasiya İqtisadi Komissiyasının tabeçiliyinə hazırlamaqla məşğuldur".

Politoloqun sözlərinə görə, Ermənistan məşvərətçi səslə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətindədir: "Bu, Rusiyanın arzusudur. Nə qədər ki, Rusiyanın hərbi bazaları Ermənistandadır, deməli, ölkə rus tanklarının tırtılı altındadır. Rusiyanın hərbi bazalarını 1992-ci ildə Levon Ter-Petrosyan yalvarıb dəvət etdi. O vaxt Azərbaycan Ordusu Xankədinin 15-20 kilometrliyində idi. Ordumuz geriləməyə başladı. Dmitri Medvedevin Rusiya prezidentliyi dövründə Rusiya hərbi bazalarının dislokasiya müddətinin əlavə 25 il müddətinə yzadılması barədə təkidli təşəbbüslərin də müəllifi Ermənistan prezidenti idi. Medvedevin Putin olmadıği hamıya bəllidir".

Politoloqun sözlərinə görə, Ermənistan müstəqil olduğunu, Qarabağ probleminə sahibliyini sübut etməlidir: "Ermənistan Azərbaycanın təbii qaz və digər iqtisadi təkliflərinə "hə" və ya "yox" cavabı vermək hüququnu olduğunu sübut etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti