...

Rasim Musabəyov: Azərbaycan regional oyunçularla münasibətlərdə balansı qoruyub saxlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2014 12:20
Azərbaycan regional oyunçularla münasibətlərdə balansı qoruyub saxlayır.
Rasim Musabəyov: Azərbaycan regional oyunçularla münasibətlərdə balansı qoruyub saxlayır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan regional oyunçularla münasibətlərdə balansı qoruyub saxlayır. Trend-in məlumatına görə, bunu Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov çərşənbə axşamı "Şimal-Cənub" Politoloji Mərkəzinin təşkil etdiyi "Qara dəniz-Xəzər regionunun geosiyasəti: təhlükəsizlik problemləri" mövzusunda "dəyirmi masa"da bildirib.

Eyni zamanda, onun fikrincə, Azərbaycan özünü müdafiə etmək imkanını da saxlamalıdır.

Rasim Musabəyov deyib: "Bakı HHM sistemini Türkiyə ilə birləşdirib, eyni zamanda Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsi bu sahədə Türkiyə və İsraillə əməkdaşlığın səviyyəsini üstələyir".

Politoloq qeyd edib ki, regionun başlıca problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi olaraq qalır.

Öz növbəsində, Qərb Universitetinin professoru Fikrət Sadıxov qeyd edib ki, bir çox illər ərzində ATƏT-in Minsk qrupu sülh prosesində özünün vasitəçi funksiyasını yerinə yetirmir və münaqişənin həllinə heç cür yardım etmir.

"Novosti Azerbaycan" agentliyinin baş redaktoru Gülnarə Məmmədzadənin fikrincə, MDB regionunda yeni ağrı nöqtəsi Ukraynadır.

Qeyd edək ki, Ukraynada etiraz aksiyaları nəticəsində Prezident Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb. Hazırda yeni hökumətin formalaşması işi aparılır və növbədəkənar seçkilərin keçirilməsinə hazırlıq gedir.

G.Məmmədzadə deyib ki, Ukraynanın yenidən siyasi meydana istiqamətləndirilməsinin vaxtı təsadüfən seçilməyib. Bu, Kiyev kimi əhəmiyyətli oyunçu olmadan yaradılması mənasız olan Gömrük İttifaqının formalaşmasının başa çatdığı son ildir. 2014-cü ildə regiondakı iri daxili və xarici oyunçular arasında maraqların son həddi baş verəcək. Regionda İranın mövqeyindən də çox şey asılıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti