...

Müdafiə Nazirliyi: Tovuzda atışma zamanı heç bir hərbçimiz yaralanmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Mart 2014 10:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/

Cəbhənin Tovuz rayonu istiqamətində erməni silahlı bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində Silahlı Qüvvələrimizin heç bir hərbçisi yaralanmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dünən və bu gecə cəbhə xəttində Azərbaycan əraziləri Ermənistan tərəfindən intensiv atəşə tutulub. Lakin atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun heç bir hərbi qulluqçusu xəsarət almayıb və bu barədə yayılan xəbərlər də həqiqətə uyğun deyil.

Qeyd edək ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Daşkəsən, Göygöl və Xocəvənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti