...

Cəbhə xəttində atəşkəs rejiminin pozulması halları artıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2014 09:57
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejiminin pozulması halları artıb.
Cəbhə xəttində atəşkəs rejiminin pozulması halları artıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejiminin pozulması halları artıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 52 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Şavarşavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, iyulun 23-də atəşkəs rejimi 31, iyulun 22-də isə 24 dəfə pozulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti