...

Cəbhədə erməni təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Sentyabr 2014 09:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

Cəbhədə atəşkəs rejimi növbəti dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti