...

Azərbaycan Basklar ölkəsi parlamentinin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnaməni dəqiqləşdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2014 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın İspaniyadakı səfirliyi Basklar ölkəsi (İspaniyanın şimalında muxtar vilayət) parlamentinin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamə ilə bağlı vəziyyəti öyrənir.

Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Trend-ə bildirib ki, Basklar ölkəsi parlamentinin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamə ilə bağlı KİV-in yaydığı məlumat tam dəqiq deyil: "Bundan başqa, qətnamənin hansı formada qəbul edilməsi, qondarma "Dağlıq Qarabağ Respublikası"nın öz müqəddəratını təyin etmək və ya müstəqil olmaq hüququnun tanınıb-tanınmaması aydın deyil".

Azərbaycan səfirliyi vəziyyəti öyrənmək üçün Basklar ölkəsi hökuməti və parlamenti, eləcə də İspaniya Xarici İşlər Nazirliyi ilə birgə işləyir.

Qeyd edək ki, Basklar ölkəsi sentyabrın 12-də Dağlıq Qarabağ üzrə qətnamə qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti