...

Azərbaycanda itkin düşmüş şəxs kimi qeydiyyata alınanlardan 25 nəfərin taleyinə aydınlıq gətirildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Noyabr 2014 12:07 (UTC +04:00)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən 2013-cü il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 25 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb.
Azərbaycanda itkin düşmüş şəxs kimi qeydiyyata alınanlardan 25 nəfərin taleyinə aydınlıq gətirildi

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən 2013-cü il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 25 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Bu barədə Trend Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi saytına istinadən məlumat verir.

Həmin şəxslərdən 1 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib.

Beləliklə, 1 noyabr 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4016 nəfər təşkil edib. Onlardan 3256 nəfəri hərbçi, 758 nəfər mülki şəxsdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

Mülki şəxslərdən 59 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 254 nəfər qadın, 351 nəfər isə yaşlı şəxsdir (154 nəfər qadın).

Əsir və itkin düşmüş 4016 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb.

Münaqişə müddətində 1419 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 347 nəfəri qadın, 1072 nəfər kişidir. Eyni zamanda, 207 nəfər uşaq (73 nəfər azyaşlı qız), 287 nəfər yaşlı şəxsdir (110 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfəri qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 75 nəfər isə naməlum şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti