...

Drezden nəqliyyatında Xocalı soyqırımı haqqında videoçarx (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 16:34 (UTC +04:00)
Drezden nəqliyyatında Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilir.
Drezden nəqliyyatında Xocalı soyqırımı haqqında videoçarx (VİDEO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Drezden nəqliyyatında Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyada yaşayan soydaşlarımız bu ölkənin ictimaiyyətini 23 il əvvəl Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə məlumatlandırmaq məqsədilə müxtəlif tədbir və aksiyalar keçirir.

Almaniyanın Saksoniya federal torpağının inzibati mərkəzi olan Drezden şəhərindəki şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqırımını əks etdirən çarxların nümayişi təşkil olunub. Aksiya Drezdendə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən keçirrilir.

Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda 24 saat ərzində hər beş dəqiqədən bir Xocalı videoçarxı nümayiş etdirilir. 20 saniyəlik videoçarxda Azərbaycan bayrağı fonunda Xocalı soyqırımının törədildiyi tarix - 26.02.1992 yazılır. Daha sonra "Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş Xocalı soyqırımı qurbanlarını anır", "Qətlə yetirilənlər: 613. Uşaqlar: 83. Ailə: 8", "Azərbaycana qarşı insanlıq faciəsi" yazıları bir-birini əvəz edir.

Fevralın 18-19-da nümayiş etdirilən videoçarx vasitəsilə bu gündən etibarən daha üç gün ərzində Drezden sakinləri Xocalı soyqırımı barədə məlumatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti