Mübariz Əhmədoğlu: Ermənistan və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi üzrə müttəfiqdirlər

Mübariz Əhmədoğlu: Ermənistan və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi üzrə müttəfiqdirlər

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Ermənistan rəhbərliyi itkin düşənlərin siyahısının hazırlanması üzrə Fransa prezidenti Fransua Ollandın təklifini rədd etdi. Səbəb bəllidir. Ermənilər bu təklifin də reallaşmasında özlərinin ifşa olunacağını gördülər. Həmsədrlər təxminən bir il bundan əvvələdək məcburi köçkünlərin öz doğmalarının məzarlarını ziyarət etmək məsələsini gündəliyə gətirmişdilər". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Ermənistan bu təklifə razılıq vermədi, çünki Dağlıq Qarabağ azərbaycanlılarının işğal olunmuş ərazilərdəki məzarları ziyarət etməsi bütün Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu nümayiş etdirəcəkdir:

"Münaqişədən sonra doğulan gənc erməni nəsli ora gələn azərbaycanlılarla maraqlana bilər, valideynlərinə çətin suallar verə bilərdilər. Nəhayət ki, gənc ermənilər bu torpaqların əsil sahibləri haqqında həqiqəti bilərdilər.Məzarların azərbaycanlılar tərəfindən ziyarətinin regional və beynəlxalq mətbuatda işıqlandırılması ermənilər üçün ifşa edici olacaq idi. Ora gedən istənilən azərbaycanlı özünün bir neçə yüz illik nəsil şəcərəsini ortalığa qoya bilərdi. Amma R.Koçaryan, B.Saakyan, D.Babayan və sairlərin nəsil şəcərələri 200 ildən oyana keçmir. Dəqiq bəlli faktlardır ki, onları İran ərazisindən bu torpaqlara çar Rusiyası səfir A.Qriboyedovun təlimatı ilə yerləşdirib. İndi ermənilər özlərini bu torpaqların sahibi kimi təqdim edirlər. ATƏT MQ sədrlərinin fəaliyyəti də onlarda bu inamı daha da möhkəmləndirir".

M.Əhmədoğlu vurğulayıb ki, eləcə də həmsədrlərin fəaliyyətindən ermənilər işğalçılığı daha da möhkəmləndirmək mesajları alırlar: "Yenilənmiş Madrid Prinsipləri yayılan kimi həmsədrlər onun effektini azaltmağa başladılar. Çünki bu sənəd Dağlıq Qarabağ münaqişəsini həll etmək gücündədir. Yenilənmiş Madrid Prinsiplərinə görə Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ ətrafındakı rayonların dərhal, Dağlıq Qarabağın özünün isə bir neçə on ildən sonra Azərbaycana qaytarılmasını nəzərdə tutur. Təbii ki, Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz şəraitdə yaşayıb inkişaf etmək hüququ əldə edirlər. Yenilənmiş Madrid Prinsipləri ermənilərin indiki uydurma maraqları ilə uyğun deyil. Ona görə Ermənistan və həmsədrlər ictimaiyyət qarşısında Yenilənmiş Madrid Prinsiplərini dəstəkləsələr də real fəaliyyətləri onu neytrallaşdırmağa yönəlmişdi. Həmsədrlərin məhz belə fəaliyyəti erməniləri tənzimləmədən tamam uzaqlaşdırıb. Ermənistan və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi üzrə müttəfiqdirlər".

Politoloq əlavə edib ki, son 6 ay ərzində Ermənistan 3 həmsədr ölkə tərəfindən irəli sürülən təklifi rədd edib:

"Ötən ilin avqustunda Soçidə Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin mənşəyini və tarixini nəzərə alaraq Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusa malik olmasını təklif etdi. Azərbaycan Prezidentı bu təklifi qəbul etdi. Çünki RF prezidentinin bu təklifi Dağlıq Qarabağ münaqişəsini tənzimləyə bilərdi. Ermənistan prezidenti S.Sərkisyan Soçidə Putinin bu təklifini rədd etdi. Çünki bu təklif Dağlıq Qarabağ münaqişəsini tənzimləyə bilərdi".

M.Əhmədoğlu əlavə edib ki, Fransa prezidenti F.Oland prezidentlərin görüşündə 3 təklif irəli sürdü: "Hərbi gərginliyi azaltmaq, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə itkin düşənlərin siyahısını hazırlamaq və Böyük Sülh sazişinin hazırlanmasına başlamaq. F.Ollandın təklifləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin bünövrəsini qoya bilərdi. Azərbaycanın münasibəti bu təkliflərə müsbət oldu. Ermənistan Parisdə prezidentlərin görüşündən dərhal sonra işğal altındakı ərazilərimizdə Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri ən böyük hərbi təlimini keçirdi. Böyük Sülh Müqaviləsinin hazırlanmasına başlamaq üçün iki şərt irəli sürdü. Ən nəhayət itkin düşənlərin siyahısının hazırlanmasına razılıq vermədi. Səbəb ermənilərin qırdığı azərbaycanlıların məzarlıqlarının aşkarlanıb ermənilərin üzünə şahid durmasıdır. DNT analizi həmin məzarlarda basdırılanların demək olar ki, hamısının azərbaycanlı olduğunu sübut edəcəkdi. Ona görə də Ermənistan Fransa prezidentinin təklifini rədd etdi".

Politoloq əlavə edib ki, ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müavini Viktoria Nuland regiona səfəri zamanı Bakıda və Yerevanda Azərbaycanlı girovların azadlığa buraxılmasını tələb etdi:

"Az sonra ABŞ dövlət departamentinin mətbuat xidmətinin rəhbəri C.Psaki bu bəyanatı yenidən təkrarladı. Ermənistan, o cümlədən Dağlıq Qarabağdakı separatçıların başında duranlar dərhal ABŞ-ın bu təklifini də rədd etdilər. Həmsədrlər fikirləşməlidirlər ki, 3 həmsədr ölkə rəhbərliyinin təklifini rədd etmək gücü Ermənistanda haradan peyda olub?! ATƏT MQ həmsədrlərinin indiki davranışına baxanda insan şəxsiyyətinin dramı ilə rastlaşırsan. Həmsədrlər daha bundan aşağı səviyyəli təklif verə bilməyəcəklər. Əslində, itkin düşənlərin siyahısının hazırlanması Dağlıq Qarabağ tənzimlənməsində elə də ciddi effekt yaratmayacaqdı. Amma həmsədrlər bunu hansısa praktiki addımın atıldığı kimi qələmə verə bilərdilər. Qudurtduqları Ermənistan rəhbərliyi həmsədrlərə bunu da çox gördü".

Politoloq qeyd edib ki, yenilənmiş Madrid Prinsipləri funksionaldır, imkanları genişdir: "Həmsədrlərə yardım edə bilər. Yenilənmiş Madrid Prinsiplərinin 5-ci maddəsi bütün məcburi köçkün və qaçqınların əvvəlki yaşayış yerinə qayıtması hüququnu aktuallaşdırır. Həmsədrlər Yenilənmiş Madrid Prinsiplərinin 5-ci maddəsinə uyğun olaraq Azərbaycanı tərk etmiş ermənilərin Azərbaycana, Ermənistandan qovulmuş azərbaycanlıların isə Ermənistana qayıtması məsələsi ilə məşğul ola bilərlər. Bu artıq Dağlıq Qarabağ tənzimlənməsinə yeni yanaşma ortalığa qoya bilər".

AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
"Barselona" futbol klubunun prezidenti seçilib
"Barselona" futbol klubunun prezidenti seçilib
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Loading Bars
Xəbər lenti
İkinci Qarabağ müharibəsi iştirakçılarının, şəhidlərin ailə üzvlərinin müayinə və müalicəsi davam edir (FOTO)
Füzulidə növbəti dəfə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb (FOTO)
Gəncədə ana və 2 azyaşlı övladının ölümü ilə bağlı cinayət işi açıldı
Azərbaycanda yeni universitet yaradılır
Şəkərli diabet xəstələrinin sayı 2,5 dəfə artıb
Ötən il 10 mindən çox müəllim kənd məktəblərində fəaliyyətə başlayıb
İranda koronavirusa yoluxanların sayı 1,7 milyon nəfəri keçib
Azərbaycanda 7 minə yaxın əcnəbi təhsil alır
Əməkdar artist atasından sonra anasını da koronavirusa görə itirdi
YAP-ın sədr müavini kollektivə təqdim olunub (FOTO)
5 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı artıb
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi şəhid anaları ilə görüşüb (FOTO)
Qarabağdakı tikinti Azərbaycanın inşaat sektorunda artıma səbəb olacaq - "Global Data"
Paşinyan istefa verir? - Şərt kəsildi
Bakıda üzərinə dəmir parçası düşən qadının ölümü ilə bağlı cinayət işi başlandı
Azəri-Mərkəzi-Şərqi layihəsində detallı mühəndislik fazası tamamlanır
Polis heroin alverçilərinə qarşı əməliyyat keçirdi, 16 kiloqram narkotik aşkarladı (FOTO/VİDEO)
Sevdiyi qız oğlanın üzərinə spirt töküb yandırıb
"Tesla"nın maliyyəsi 540 milyard dollar azalıb
Aİ şirkətlərinin 80%-dən çoxu iqtisadi fəaliyyət üçün yenidən Azərbaycanı seçib
Yerevanda prezident iqamətgahının qarşısında aksiya keçirilir
Nazirlər Kabinetinin hesabatı parlamentə daxil olub
Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir
Qeyri-rəsmi məşğulluqla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir
Naxçıvanda daha bir sabiq nazir həbs edilib
Azərbaycanda övladlığagötürmə asanlaşdırılır
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təsdiq edildi
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılır
“Modern Diplomacy” portalında “Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıracaq” adlı məqalə dərc olunub
Sabah gözlənilən hava şəraiti açıqlanıb
Azad edilmiş ərazilərdə bələdiyyələrlə bağlı maarifləndirmə aparılmalıdır - Deputat
Aİ ilə "Aİ Biznes Mühiti Hesabatı 2020" sənədinin nəticələrini müzakirə edirik - Nazir
Qarabağ sülh müqaviləsinin icrası davamlı sülh və təhlükəsizlik üçün əsas amildir - "Azernews" qəzeti
Öz yaxınlarınıza və tərəfdaşlarınıza “Xurcun Luxury Nuts, Sweets & Dried fruits” ilə birgə sevinc bəxş edin (FOTO)
Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb
YAP milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək - Naqif Həmzəyev
Bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib
Qubadlı və Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Bu günə kimi 4 527 şəxs öhdəliyə götürülüb - "YAŞAT" Fondu
Bərdədə mənzil qarət edən dəstə saxlanıldı (FOTO)
Həbsdə olan baş redaktor məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb
Azad edilmiş ərazilərdə bələdiyyələrin formalaşdırılacağı müddət açıqlanıb
138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
İlin əvvəlindən Ceyhan terminalı ilə 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Ötən həftə 455 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Müalicə üçün Azərbaycandan İrana səfər qaydaları açıqlanıb
Köhnə kafedən qumbara aşkarlandı
Ermənistan 30 il işğalda saxladığı ərazilərdə misilsiz mədəniyyət incilərini məhv edib - Deputat
Məhkumla videogörüşlərə icazə verilə bilər
Cəza çəkən şəxslərin qəbul imtahanlarında iştirakı təklif edilir
Hərbçilərə mənzil kirayəsi üçün kompensasiyanın artırılması təklif olunur
DSMF-nin həbs olunan sabiq əməkdaşının işi məhkəməyə göndərildi
FHN binalarda yanğın təhlükəsizliyi ilə bağlı reydlərə başladı (FOTO/VİDEO)
Qeydiyyata alınmayan binalarda mənzil satışına qadağa qoyulsun - TƏKLİF
Sabiq daxili işlər naziri, general-leytenant həbs olunub - RƏSMİ
Azərbaycanda 411 mindən çox insan vaksinasiya olunub
Damı uçan məktəbdə təmir işlərinə başlanılıb
Pensiya yaşına çatanlarla bağlı TƏKLİF
Müavinətlərin məbləğinin artırılması təklif edilir
Əfv Məsələləri Komissiyasının növbəti iclasının tarixi məlum olub
Aliment Fondunun yaradılması təklif edilir
Şəxsiyyət vəsiqəsindəki fotoşəkildə baş örtüyündən istifadə edilə bilər
Hərbi qulluqçuların problemlərinin həlli daim dövlətimizin diqqətində olacaq - Spiker
Koronavirusa görə bağlanan bu məktəbdə dərslər bərpa olunub
Baş prokurorluğa vətəndaş müraciətləri ilə bağlı qaydalar açıqlanıb (VİDEO)
Milli Məclisin iclası keçirilir
Azərbaycan nefti bahalaşıb
Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub
“Məşədibad hamamı”nın müştəriləri həbs edilib (FOTO)
Naftalanda indiyədək 1000-dən çox şəxsə vaksin vurulub
Narkotik alverçisindən 10 kiloqram marixuana götürülüb (FOTO)
182 mindən artıq fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Ermənistan UNICEF nümayəndəsinin mandatını dayandırıb
Azər Türk Bank kredit faizlərini endirdi
Azərbaycanda qızıl ucuzlaşıb
Mili həmrəylik dövlət siyasətinin strateji prioritetidir
Deputatlar bu gün 8 məsələnin müzakirəsinə toplaşır
Füzuli rayonunun Gorazıllı kəndi (VİDEO)
Azərbaycan və Türkiyənin Los Ancelesdəki baş konsulları Pakistan icmasının rəhbərləri ilə görüşüb (FOTO)
Vaksindən sonra təhlükəli xəstəliklərin yaranması fikirləri yalandır - Adil Allahverdiyev
Atasının avtomobili ilə avtoxuliqanlıq edən şəxs həbs olunub (FOTO)
İctimai iaşə obyektlərində 1000-dən çox nöqsan aşkar edilib
İsraildə ötən sutka koronavirusa 3 mindən artıq yoluxma qeydə alınıb
Ötən il ərzində Azərbaycanda istehsal edilən balın həcmi açıqlanıb
Martın 9-da xarici valyutaların manata qarşı məzənnələri
Dorsinin "Twitter"də ilk paylaşımının qiyməti 2,5 milyon dollara çatıb
Tovuzda iki minik avtomobili toqquşub
Estoniyada bir aylıq sərt karantin tətbiq edilir
Koronavirusla mübarizə tədbirləri qripə yoluxma hallarını azaldıb - ÜST
Almaniyada "YouTube"un işində qüsurlar qeydə alınıb
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb (FOTO)
Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib
Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Yaponiyanın şimal-şərqində zəlzələ olub
"Facebook Messenger"in işində problemlər yaranıb
Bağdadda partlayış baş verib, xəsarət alanlar var
Niderlandda komendant saatı martın 31-dək uzadılıb
Britaniyada daha 4 712 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
ABŞ Ali Məhkəməsi Trampın seçkilərin yekunları üzrə son apellyasiya şikayətini rədd edib
Bütün xəbərlər