...

İtaliya Dağlıq Qarabağda keçiriləcək "seçkilər"i tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2015 15:44 (UTC +04:00)
İtaliya Azərbaycanın işğal edilmiş ərazilərində keçiriləcək qondarma "parlament seçkiləri"ni qeyri-qanuni hesab edir.
İtaliya Dağlıq Qarabağda keçiriləcək "seçkilər"i tanımır

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Anaxanım Hidayətova/

İtaliya Azərbaycanın işğal edilmiş ərazilərində keçiriləcək qondarma "parlament seçkiləri"ni qeyri-qanuni hesab edir. Bu barədə Trend-ə qarşıdakı saxta "seçkilər"i şərh edərkən İtaliyanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Nazirlikdən deyilib ki, İtaliya Dağlıq Qarabağın "müstəqilliyi"ni tanımır və müvafiq olaraq qarşıdakı "seçkilər"i qeyri-qanuni sayır.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev demişdi ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda separatçı rejimin mayın 3-də qondarma "parlament seçkiləri" keçirməsi qanunsuzdur: "Bu, Azərbaycan qanunlarının pozulması və münaqişənin tənzimlənməsi üzrə danışıqlar prosesinə zərbə vurmağa istiqamətlənib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti