Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir Səba Ağayeva/
Macarıstan Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"ni tanımır.
Macarıstan Xarici İşlər Nazirliyinin bu mövqeyini Trend-ə ölkənin Azərbaycandakı səfiri Jolt Çutora çatdırıb.
"Seçkilər"in dünyada heç bir ölkənin tanımadığı separatçı rejim tərəfindən keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, bu məsələdə Macarıstan XİN-in rəsmi mövqeyi Avropa İttifaqının mövqeyi ilə tam üst-üstə düşür.