Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Anaxanım Hidayətova/
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun səylərini dəstəkləyir. Trend xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, Minsk qrupu vacib formatdır və münaqişənin həlli tərəflərin üzərinə düşür: "Problemin öz həllini tapması üçün tərəflərin siyasi iradəsi olmalıdır. ABŞ öz növbəsində Minsk qrupu çərçivəsində prosesləri dəstəkləməkdə davam edəcək".