...

XİN: İsveçrə Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"ni qanunsuz hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2015 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Anaxanım Hidayətova/

İsveçrə Dağlıq Qarabağda bu il mayın 3-nə planlaşdırılan qondarma "parlament seçkiləri"ni qanunsuz hesab edir. Bu barədə Trend-ə İsveçrə Xarici İşlər Nazirliyindən bildiriblər.

XİN-dən qeyd ediblər ki, İsveçrə beynəlxalq hüquq prinsiplərinə müvafiq olaraq və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edərək Azərbaycanın Dağlıq Qarabağ regionunda qondarma "seçkilər"i qanunsuz hesab edir.

İsveçrə XİN təkrar edir ki, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə məlumatlıdır və ATƏT-in Minsk qrupunun münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli üzrə səylərini dəstəkləməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti