...

Mübariz Əhmədoğlu: "Andranik Qriqoryanın hərbi hissəni şüurlu sürətdə tərk etməsi işğalçı ordunun vəziyyətinin vacib göstəricisidir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Mart 2015 13:12 (UTC +04:00)
Ermənistan ordusunun 24 yaşlı müqaviləli hərbçisi Andranik Qriqoryan şüurlu şəkildə hərbi hissəni tərk edərək Azərbaycan tərəfə keçdi. A.Qriqoryanın bu planlı qaçışı ən azı beş prizmadan diqqəti cəlb edir.
Mübariz Əhmədoğlu: "Andranik Qriqoryanın hərbi hissəni şüurlu sürətdə tərk etməsi işğalçı ordunun vəziyyətinin vacib göstəricisidir"

Azərbaycan, Bakı, 24 mart /Trend/

Ermənistan ordusunun 24 yaşlı müqaviləli hərbçisi Andranik Qriqoryan şüurlu şəkildə hərbi hissəni tərk edərək Azərbaycan tərəfə keçdi. A.Qriqoryanın bu planlı qaçışı ən azı beş prizmadan diqqəti cəlb edir.

Bu barədə Trend-ə məlumat verən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, birincisi, 18-20 yaşında işğalçı Ermənistan ordusunun Dağlıq Qarabağdakı hərbi hissələrində hərbi xidmətə dözən A.Qriqoryan təcrübəli olmasına baxmayaraq, 24 yaşında müqaviləçi qismində hərbi xidmətə dözə bilmədi: "Son iki ildə Ermənistan ordusundakı vəziyyət o qədər acınacaqlı istiqamətə doğru dəyişib ki, şüurlu şəkildə müqavilə imzalamış hərbçi şüurlu şəkildə həmin ordunu tərk edib rəqib tərəfə keçdi. Deməli, Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni ordusu nizami hərbi birləşmə deyil, başıpozuq quldur yığnağı və ya bandit dəstəsidir".

İkincisi, Ermənistan ordusu cəmiyyətin kriminal davranışının modelinə çevrilib. Üçüncüsü, indi Ermənistan ordusu erməni kriminallarının təlim məşq bazasına çevrilib. Əsas məqsəd gəncləri erməni etnokriminal qruplarının bazasının möhkəmləndirilməsi işinə cəlb etməkdir.

Dördüncüsü, Dağlıq Qarabağ ərazisi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin ağırlıq mərkəzinə çevrilir. 3 həmsədr ölkə paytaxtları bu funksiyanı itirirlər.

Beşincisi, ağırlıq mərkəzinin dəyişməsi həm də tənzimləmə metodlarında da baş verə bilər. İşğalçı orduda son baş verənlər, onun itkiləri Azərbaycan ordusunun artan psixoloji üstünlüyünə yeni dinamika verdi. Bu hərbi əməliyyatların qrafikində dəyişikliyə səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti