Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu bu payızda görüş keçirə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in baş katibi Lamberto Zannier deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü istisna edilmir: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdim".
L.Zannier regionda və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatlığını ifadə edib və siyasi rəhbərliklə işin zəruriliyini vurğulayıb: "Nyu Yorkda Baş Assambleya zamanı xarici işlər nazirləri ilə görüşlərimiz oldu. Payız ərzində daha bir görüş ola bilər. Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün ola biləcəyinə ümid edirik".