...

Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışı üzrə səyləri alqışlayır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2016 15:37 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryö (Fransa) və Ceyms Uorlik (ABŞ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışı istiqamətində səyləri alqışlayır.
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışı üzrə səyləri alqışlayır (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryö (Fransa) və Ceyms Uorlik (ABŞ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışı istiqamətində səyləri alqışlayır. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir.

Qeyd olunur ki, həmsədrlər münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan hər kəslə birgə işləməyə hazırdır.

Bəyanatda bildirilir: "Biz anlayırıq ki, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yaxın vaxtlarda münaqişə ilə bağlı qətnaməyə baxa bilər və biz AŞ PA-ya, digər regional və beynəlxalq təşkilatlara xatırlatmaq istəyirik ki, Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır".

O da qeyd edilir ki, ATƏT-in Minsk qrupu AŞ PA üzvlərinin maraqlarını qiymətləndirir, lakin həmsədrlər Minsk qrupunun mandatını sarsıda biləcək və ya davam edən danışıqları çətinləşdirəcək addımlardan çəkinməyə çağırır.

Xatırladaq ki, yanvarın 26-da AŞ PA-nın qış sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti