...

Millət vəkili: Azərbaycanın məsələnin ərazi bütövlüyü çərçivəsində dinc yolla həlli cəhdlərinə əks tərəf daim təxribatlarla cavab verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2016 15:09 (UTC +04:00)
ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etməsinə baxmayaraq, qarşı tərəf atəşkəs rejiminin tələblərinə riayət etmir. Azərbaycanın məsələnin ərazi bütövlüyü çərçivəsində dinc və ədalətli yolla həll edilməsi cəhdlərinə əks tərəf daim təxribatlarla cavab verir.
Millət vəkili: Azərbaycanın məsələnin ərazi bütövlüyü çərçivəsində dinc yolla həlli cəhdlərinə əks tərəf daim təxribatlarla cavab verir

Bakı. Trend:

ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etməsinə baxmayaraq, qarşı tərəf atəşkəs rejiminin tələblərinə riayət etmir. Azərbaycanın məsələnin ərazi bütövlüyü çərçivəsində dinc və ədalətli yolla həll edilməsi cəhdlərinə əks tərəf daim təxribatlarla cavab verir.

Trend-in məlumatına görə, bunu aprelin 1-dən 2-nə keçən gecə erməni separatçı qüvvələri tərəfindən təmas xəttində növbəti dəfə atəşkəsi pozulmasına münasibət bildirən Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Rövşən Rzayev mətbuata açıqlamasında qeyd edib.

Millət vəkili əlavə edib: "Ermənistan dövlətinin apardığı işğalçılıq və təcavüzkar siyasət münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur. Ona görə də bu atışmaların dərhal qarşısı alınmalı, ATƏT-in Minsk qrupu öz fəaliyyətini təcili gücləndirməlidir. Sülh danışıqları prosesi davam etdirilməlidir. Beynəlxalq təşkilatlar məsələyə münasibət bildirməli, atəşkəs bərpa olunmalıdır. Əks halda münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarana bilər və münaqişə regionda daha ağır nəticələrə səbəb olar. Bunun isə məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti