Bakı. Elmira Tariverdiya - Trend:
Rusiya informasiya məkanında Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət Bakı üçün aşkar ağırdır, belə ki, ermənilərin maraqlarının Rusiya mediasına təsiri artıq çoxdan məlumdur və bu artır.
Bunu Trend-ə "Şimal-Cənub" Politoloji Mərkəzinin eksperti Aleksandr Karavayev deyib.
Onun sözlərinə görə, Bakı baş verənlərə hazır deyildi: "Əgər Bakı bu hərbi kampaniyanın təşəbbüskarı olsaydı, informasiya baxımından ona hazırlaşardı. Yəqin Azərbaycanın Rusiyadakı səfirliyi müəyyən qərargah yaradaraq mətbuat üçün gündəlik brifinqlər təşkil edərdi".