...

Gürcü ekspert: Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası əsasən beynəlxalq ictimaiyyətin passivliyi ilə əlaqəlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2016 21:12 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası beynəlxalq ictimaiyyətin passivliyi ilə əlaqəlidir.
Gürcü ekspert: Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası əsasən beynəlxalq ictimaiyyətin passivliyi ilə əlaqəlidir

Trend-i buradan izləyin

Bakı. Aygün Bədəlova - Trend:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası beynəlxalq ictimaiyyətin passivliyi ilə əlaqəlidir. Bunu Trend-ə gürcü ekspert Qiya Xuxaşvili deyib.

O, qeyd edib: "Bu gün baş verənlər uzun illərdir beynəlxalq ictimaiyyətin göstərdiyi passivliyin nəticəsidir".

Ekspertin sözlərinə görə, beynəlxalq ictimaiyyət bir tərəfdən ərazi bütövlüyü və ölkənin suverenliyinə hörmətdən danışır, digər tərfdən isə münaqişənin konservləşməsinə vərdiş edir.

Q.Xuxaşvili bildirib: "Belə mövqedə qalmaq çox təhlükəlidir. Beynəlxalq ictimaiyyət münaqişənin sülh yolu ilə nizamlanması üzrə səyləri fəallaşdırmalıdır".

O, əlavə edib ki, bu münaqişə region üçün hər an partlaya bilən bomba kimidir.

Gürcü ekspert bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməli və bərpa edilməlidir.

Ekspert, həmçinin Rusiyanın bu məsələdə konstruktiv mövqe tutacağına və kənarda durmayacağına ümid etdiyini deyib: "Bu, Rusiyanın maraqlarındadır. Ümid edirəm ki, onlar da məsələyə böyük anlayışla yanaşacaq və səmərəli fəaliyyət göstərəcəklər. Onların belə imkanları var".

Onun sözlərinə görə, regionda stabillik Gürcüstan üçün də çox vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti