...

Ermənistan ordusu rəhbərliyinin aldığı bahalı avtomobillər və nazir müavininin "başdansovdu cavabı" ölkə ictimaiyyətini hiddətləndirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2016 14:37 (UTC +04:00)
Son vaxtlar Ermənistan mətbuatında iki əsas məsələ müzakirə edilir.
Ermənistan ordusu rəhbərliyinin aldığı bahalı avtomobillər və nazir müavininin "başdansovdu cavabı" ölkə ictimaiyyətini hiddətləndirib (FOTO)

Bakı. Trend:

Son vaxtlar Ermənistan mətbuatında iki əsas məsələ müzakirə edilir.

Bunlardan birincisi, müdafiə nazirinin müavininin hərbi texnika çatışmazlığı və ordudakı mövcud problemlər barədə məktubudur.

İkincisi isə, nazir müavininin bu məktubu fonunda Müdafiə Nazirliyinin onlarla bahalı avtomobili, "Mercedes Benz - CLS-500" markalı avtomobilləri alması ilə bağlı xəbərdir. Belə avtomobillərin, digər "lyuks" avtomobillərin birinin qiyməti 71 min avrodur.

Ermənistan ictimaiyyəti Qarabağ cəbhəsində vəziyyətin həddən artıq gərginləşdiyi bir vaxtda bu hadisələri ciddi hiddət və qəzəblə qarşılayıb.

Bu hadisələrdən sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuri Xaçaturyan parlamentə çağırıldı. Deputatlar ondan sadalanan məsələlərlə bağlı cavab verməyi tələb etdilər.

Parlamentdə, həmçinin vəzifəsindən azad edilmiş müdafiə nazirinin müavini Alik Mirzəbəyyanın Müdafiə Nazirliyinin 11.04.2016-cı il tarixli "Ordunun hərbi texnikasının acınacaqlı vəziyyəti barədə" məktub-məruzəsi müzakirə edilib.

Parlamentarilər belə nəticəyə gəliblər ki, məruzə nazirlikdə tam öyrənilməyib və araşdırılmayıb, bunun nəticəsi isə Dağlıq Qarabağda uğursuzluq və çoxsaylı hərbi itkilərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti