...

Belarus səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq birliyin səylərini tələb edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 May 2016 13:24 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bütün beynəlxalq ictimaiyyətin müəyyən səylərini tələb edir.
Belarus səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq birliyin səylərini tələb edir

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bütün beynəlxalq ictimaiyyətin müəyyən səylərini tələb edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Belarus Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

Diplomat qeyd edib: "Mən Azərbaycan xalqının ağrı-acısını anlayıram".

Səfir ümidvar olduğunu bildirib ki, münaqişə gələcəkdə bütün beynəlxalq mexanizmlərdən istifadə nəticəsində həll olunacaq: "Azərbaycanla sıx dostluq edən bir ölkə, strateji tərəfdaş kimi, Belarus münaqişənin tezliklə dinc yolla həllini arzulayır. Belaruslular müharibənin nə demək olduğunu bilirlər və biz istəmirik ki, hər hansı xalq yenidən müharibənin acısını yaşasın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti