...

Tərtərdə yenə də "Qrad" raketinin hissəsi tapılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2016 18:31 (UTC +04:00)
Tərtər rayonunda "Qrad" raketinin mühərrik hissəsi aşkar edilib.
Tərtərdə yenə də "Qrad" raketinin hissəsi tapılıb (FOTO)

Bakı. Trend:

Tərtər rayonunda "Qrad" raketinin mühərrik hissəsi aşkar edilib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Şıxarx kəndi - 4 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 34 000 kv.m ərazi yoxlanılıb.

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib və 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Qaradağlı kəndi - 2 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz şəhəri - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1610 kv.m ərazi yoxlanılıb.

3 iyun tarixində 7 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 16 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (1 ədəd "Qrad" raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 44 610 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 3 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 568 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1489 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti