...

NATO sammitində Qarabağ münaqişəsinin müzakirəsi irəliləyişə xidmət edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2016 15:47 (UTC +04:00)
NATO-nun Varşava sammiti çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi bu problemin həllində irəliləyişə xidmət edə bilər.
NATO sammitində Qarabağ münaqişəsinin müzakirəsi irəliləyişə xidmət edə bilər

Bakı. Yelena Kosolapova - Trend:

NATO-nun Varşava sammiti çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi bu problemin həllində irəliləyişə xidmət edə bilər.

Bu barədə Trend-ə tanınmış alman ekspert Aleksandr Rar deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ problemini həll etmək üçün bu imkanı əldən buraxmaq olmaz, İstənilən dialoq, üstəlik Avropa ictimaiyyətinin dəstəyi ilə baş tutan dialoq doğrudur.

Eyni zamanda ekspert hesab edir ki, NATO deyil, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin əsas mühərriki olmalıdır. Çünki NATO-nun bu bölgə ilə heç bir əlaqəsi yoxdur.

Onun sözlərinə görə, apreldə Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra beynəlxalq ictimaiyyət başa düşür ki, bu münaqişənin həllinə daha çox diqqət yetirmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti