...

Tərtərdə "Qrad" raketlərinin hissələri tapılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2016 20:37 (UTC +04:00)
Tərtər rayonunda iki ədəd "Qrad" raketinin hissəsi aşkar edilib.
Tərtərdə "Qrad" raketlərinin hissələri tapılıb (FOTO)

Bakı. Trend:

Tərtər rayonunda iki ədəd "Qrad" raketinin hissəsi aşkar edilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ağdam rayonu

Əfətli kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçrilmiş, partlamış hərbi sursatın (top mərmisi) qalıqları aşkar edilərək götrülmüş, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılmışdır.

Mahrızlı kəndi – 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçrilmiş, partlamış hərbi sursatın (9M22U raketi – Qrad) qalıqları aşkar edilərək götrülmüş, nəticə etibarilə 2 500 kv.m ərazi yoxlanılmışdır.

Əhmədağalılar kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçrildi, partlamış hərbi sursatın (top mərmisi) qalıqları aşkar edilərək götrüldü, nəticə etibarilə 3 500 kv.m ərazi yoxlanılmışdır.

Tərtər rayonu

Çaylı kəndi – 1 otlaq sahəsində 5 partlayış yerinə baxış keçrilmiş, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götrülmüş, nəticə etibarilə 9 500 kv.m ərazi yoxlanılmışdır.

Füzuli rayonu

Yuxarı Mollaməhərrəmli kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçrilmiş, partlamış hərbi sursatın (9M22U raketi –Qrad) qalıqları aşkar edilərək götrülmüş, nəticə etibarilə 400 kv.m ərazi yoxlanılmışdır.

10 İyul tarixində 4 əkin sahəsində və 1 otlaq sahəsində 12 partlayış yerinə baxış keçrilmiş, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götrülmüş, nəticə etibarilə gün ərzində 20 900 kv.m ərazi təmizlənmişdir.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 10 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 579 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti