Bakı. Elmira Tariverdiyeva - Trend:
Rusiya Azərbaycan və Ermənistan arasında sülhə yönəlmiş bütün ictimai təşəbbüsləri alqışlayır.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M.Zaxarova bildirib ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində xalq diplomatiyasının rolunu yüksək qiymətləndiririk: "Əsas missiya ictimai dairələrdə münaqişənin sülh yolu ilə həllinin vacibliyinin anlaşılmasına nail olmaqdır”.
M.Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın və Azərbaycanın sabitliyinə və təhlükəsizliyinə birbaşa təhlükədir.