Bakı. Anaxanım Hidayətova - Trend:
İşğal olunmuş Dağlıq Qarabağda fevralın 20-ə təyin olunmuş “referendum” sülh danışıqları prosesini çətinləşdirəcək.
Bunu Trend-ə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, erməni tərəfinin bu planında münaqişənin qısa zamanda həlli arzusu nəzərə çarpmır, əksinə bu “referendum” danışıqlar prosesinə heç bir yardım göstərməyəcək.