...

Senator: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritet olmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2017 14:58 (UTC +04:00)
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritet olmalıdır”.
Senator: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritet olmalıdır

Bakı. Trend:

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritet olmalıdır”.

Trend-in Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) istinadən verdiyi məlumata görə, bunu Fransa Senatının üzvü, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişard növbəti Fransa prezidentinin xarici siyasət sahəsində prioritetləri ilə bağlı fikirlərini paylaşarkən bildirib.

Senatorun imzası ilə dərc olunan məqalə Fransanın 15 min tirajla buraxılan “La Revue du Trombinoscope” adlı siyasi jurnalında yer alıb. Jurnalın mart nömrəsi Franza prezidentliyinə namizədlərə, rəsmi Parisin gələcək xarici siyasətinə dair tövsiyələrin verilməsinə həsr olunub.

A.Rişard məqaləsində qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritet olmalıdır. O, vurğulayıb ki, Fransa və Azərbaycan arasında 25 il davam edən diplomatik əməkdaşlıq nəticəsində müxtəlif sahələrdə, xüsusilə, kollektiv təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq məsələləri daim yüksələn xətt üzrə inkişaf edib.

Bununla yanaşı, senator bildirib ki, bu cür yaxşı münasibətlərin olmasına və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi statusunu daşımasına baxmayaraq, müəyyən güclü lobbilərin təsiri ucbatından Azərbaycan öz mövqeyini Fransa ictimaiyyətinə çatdırmaqda böyük çətinliklərlə üzləşir.

Bunu nəzərə alaraq, o, növbəti Fransa prezidentini bu sahədə “nümunəvi obyektivlik” nümayiş etdirməyə çağırır. Vurğulayır ki, bu münaqişə mümkün qədər tez bir zamanda sülh yolu ilə həll olunmalıdır: "Ona görə ki, münaqişə ocağı, Avropa İttifaqının qonşuluğunda yerləşən regionun siyasi və iqtisadi sabitliyinə təsir göstərir".

Senator, həmçinin bildirib ki, bu münaqişə Azərbaycanda dərin izlər qoyub. Belə ki, Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan tərəfindən işğal olunduğuna görə ölkə təqribən bir milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Bu insanların yeganə ümidi öz torpaqlarına geri qayıtmaqdır.

A.Rişard məqaləsini yekunlaşdırarkən belə bir təklif irəli sürüb ki, danışıqlarda irəliləyişə nail olmaq üçün Fransa Senatında Ermənistan və Azərbaycan tərəfləri arasında parlamentlərarası müzakirələrin təşkilinə cəhd göstərilməlidir: "Bu təklif bu ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində səsləndirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti