...

Kamran İmanov: Erməni plagiatlığının kökləri ərazi iddiaları ilə sıx əlaqədədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2017 14:18 (UTC +04:00)
"Ermənilərin mənimsəmək istədikləri tar, kamança, balaban, zurna, ud kimi Azərbaycan, Şərq musiqi alətləri onların Cənubi Qafqazda məskunlaşmasından çox-çox əvvəl yaranıb".
Kamran İmanov: Erməni plagiatlığının kökləri ərazi iddiaları ilə sıx əlaqədədir

Bakı. Trend:

Erməni plagiatlığının kökləri ərazi iddiaları ilə sıx əlaqədədir

Trend-in məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktiki konfransda çıxışı zamanı deyib.

K.İmanov qeyd edib ki, zəngin irsi mənimsəmə səylərindən müdafiə məsələsi bu gün maddi-mənəvi dəyərlərin qorunması çərçivəsindən çıxaraq sırf siyasi-hüquqi problemə çevrilib:

"Maddi-mənəvi dəyərlərimizin, qədim mədəniyyət nümunələrimizin mənimsənilməsi faktları qloballaşma prosesini müşahidə edən zərərsiz plagiat cəhdləri kimi dəyərləndirilməməlidir. Bu gün ermənilər tərəfindən türkdilli xalqlara, xüsusilə azərbaycanlılara, digər qonşulara aid qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilməsi cəhdləri heç də mədəniyyətlərarası inteqrasiya prosesinin təzahürü deyil. Belə cəhdlərin arxasında siyasi maraqların dayandığı birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus olan maddi və qeyri-maddi irsi, folklor nümunələrini özününküləşdirməklə hayların guya Qafqaz regionunun "ən qədim, köklü" sakinləri olduğunu, "böyük hay mədəniyyəti"ni göstərmək, "böyük Ermənistan" xülyasını gerçəkləşdirmək üçün saxta materiallar toplamaq və bu barədə beynəlxalq ictimaiyyətə yanlış rəy çatdırmaqdır".

Agentlik sədri vurğulayıb ki, erməni plagiatlığının kökləri ərazi iddiaları ilə sıx əlaqədədir: "Halbuki ermənilərin bu gün mənimsəmək istədikləri tar, kamança, balaban, zurna, ud kimi Azərbaycan, Şərq musiqi alətləri onların Cənubi Qafqazda məskunlaşmasından çox-çox əvvəl yaranıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti