...

XİN: Belarus Azərbaycanda dinc sakinlər arasında qurbanların olmasından təəssüfünü bildirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2017 12:11 (UTC +04:00)
Belarus Azərbaycanda dinc sakinlər arasında qurbanların olması ilə təəssüfünü bildirir və həlak olanların yaxınlarına başsağlığı verir.
XİN: Belarus Azərbaycanda dinc sakinlər arasında qurbanların olmasından təəssüfünü bildirir

Bakı. Trend:

Belarus Azərbaycanda dinc sakinlər arasında qurbanların olmasından təəssüfünü bildirir və həlak olanların yaxınlarına başsağlığı verir.

Trend-in məlumatına görə, bu, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçikin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: “Qan tökülməsinin dayanmasına ümid edirik və bir daha ifadə edirik ki, bütün məsələlər danışıqlar masası arxasında dialoq yolu ilə həll edilməlidir”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti