...

Almaniyada yaşayan azərbaycanlıların daha bir etiraz aksiyası Hannover şəhərində baş tutub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 İyul 2017 20:14 (UTC +04:00)
Almaniyanın Hannover şəhərində azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində dinc sakinlərin həlak olması ilə bağlı etiraz mitinqi keçirilib
Almaniyada yaşayan azərbaycanlıların daha bir etiraz aksiyası Hannover şəhərində baş tutub (FOTO)

Bakı. Trend:

Almaniyanın Hannover şəhərində azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində dinc sakinlərin həlak olması ilə bağlı etiraz mitinqi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada Hannover şəhərində yaşayan soydaşlarımız iştirak edib.

Hannover şəhərində fəaliyyət göstərən Azərbaycan Dostluq Cəmiyyəti və “Xəzər” Cəmiyyətini birgə təşkilatçılığı ilə şəhərin mərkəzində baş tutan etiraz mitinqində Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirilib. Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.

Aksiya iştirakçıları 4 iyul təxribatı zamanı qətlə yetirilmiş 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının fotoşəkillərini nümayiş etdirərək, Azərbaycanın minlərlə dinc sakinin Ermənistan silahlı qüvvələrinin atəşi altında yaşadığını vurğulayıblar.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti