Bakı. Səba Ağayeva - Trend:
Yaxın günlərdə Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ problemi üzrə daha prinsipial mövqe tutacaq və münaqişənin nizamlanması üçün tənqidi iradə göstərəcək.
Bunu Trend-ə "Yeni Rusiya" hərəkatının lideri, politoloq, tanınmış ictimai xadim Nikita İsayev deyib.
O bildirib ki, indiki məqamda Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın qismində öz mövqeyini bəyan edə bilər: "Təəssüf ki, bu, artıq Rusiyanın mövqeyinə zəruri diqqət olmadan baş verəcək".
Rusiyalı politoloq belə olan halda bundan əvvəl beynəlxalq vasitəçilər tərəfindən səsləndirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin və təkliflərin dəyişikliklərə uğrayacağını istisna etmir:
"Düşünürəm ki, bu doğrudur, çünki nizamlanmanın indiki prinsipləri dalana dirənib və münaqişəni həll etmir, əksinə, Cənubi Qafqaz regionunda gərginliyin artırılması ilə təhdid edir. Dağlıq Qarabağda münaqişənin eskalasiyası isə bütün region üçün təhlükəlidir".
Ekspertin fikrincə, münaqişənin dinc yolla nizamlanması üçün yeni vasitələr axtarmaq lazımdır.