...

Səfir: Dağlıq Qarabağ münaqişəsi Türkiyə üçün ən böyük problemlərdən biridir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2017 17:14 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın problemi olduğu kimi, Türkiyə üçün də ən böyük problemlərdən biridir.
Səfir: Dağlıq Qarabağ münaqişəsi Türkiyə üçün ən böyük problemlərdən biridir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın problemi olduğu kimi, Türkiyə üçün də ən böyük problemlərdən biridir.

Trend-in məlumatına görə, bunu Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad edilməsinin 99-cu ildönümünə həsr olunan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, Türkiyə və Azərbaycan hər zaman qardaş, dost ölkələr olublar: "Türkiyə həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək".

"TurAz Qartalı - 2017" Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə toxunan diplomat vurğulayıb: "Bu təlimlər bir daha göstərir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı hərbi sahədə də inkişaf edir və ən yüksək səviyyədədir".

Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad edilməsinin 99-cu ildönümündən də danışan E.Özoral bildirib ki, bu gün Azərbaycanın hər bir yerində türk şəhidlərin qəbirlərinə rast gəlmək olar:

"Qəbirlərin bu günə qədər qalması Azərbaycan xalqının sayəsində mümkün olub. Hətta sovet dönəmində azərbaycanlılar bu məzarları öz qohumlarının, qardaşlarının qəbri kimi qoruyub saxlayıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti