...

Danimarka parlamentinin sədri Cənubi Qafqazdakı həlli uzanan münaqişələr barədə: Narahatıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2017 10:43 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının yeni prezidenti Giorgi Tsereteli Danimarka parlamentinin sədri Pia Kyarsqaard ilə ATƏT məkanında həlli uzadılmış münaqişələr məsələsini müzakirə ediblər.
Danimarka parlamentinin sədri Cənubi Qafqazdakı həlli uzanan münaqişələr barədə: Narahatıq

Bakı. Trend:

ATƏT-in Parlament Assambleyasının yeni prezidenti Giorgi Tsereteli Danimarka parlamentinin sədri Pia Kyarsqaard ilə ATƏT məkanında həlli uzadılmış münaqişələr məsələsini müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə ATƏT PA-nın rəsmi saytında bildirilir.

Məlumata görə, qurumun sədri kimi ilk ikitərəfli görüşündə G.Tsereteli Danimarka parlamentinin sədri Pia Kyarsqaardla ATƏT regionundakı problemlər və Danimarkanın PA-ya qatılması məsələlərini nəzərdən keçiriblər.

G.Tsereteli ATƏT PA-nın Beynəlxalq Katibliyinin yerləşdiyi Danimarka parlamentinə Assambleyanın büdcəsinə vəsait ayırdığına görə minnətdarlığını bildirib.

Öz növbəsində, P.Kyarsqaard ATƏT regionunda, o cümlədən Cənubi Qafqazda həlli uzadılmış münaqişələrin olmasından, eləcə də Ukraynadakı vəziyyətə görə narahatlığını ifadə edib və G.Tsereteliyə Assambleyanın rəhbəri kimi münaqişələrin həllinə töhfə vermək missiyasında müvəffəqiyyət diləyib.

G.Tsereteli P.Kyarsqaardı ATƏT PA-nın iclaslarında, o cümlədən hər yaz Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Büronun toplantısında iştirak etməyə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti