...

Cocuq Mərcanlıda 16 500 kv.m ərazi tam təmizlənib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2017 01:03 (UTC +04:00)
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində gün ərzində 16 500 kv.m (1.65 ha) ərazi tam təmizlənib
Cocuq Mərcanlıda 16 500 kv.m ərazi tam təmizlənib (FOTO)

Bakı. Trend:

Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində gün ərzində 16 500 kv.m (1.65 ha) ərazi tam təmizlənib, 6 500 kv.m (0.65 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 23 000 kv.m (2.30 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi: 8 gün ərzində 8 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 1 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 145 300 kv.m (14.53 ha) ərazi tam təmizlənib, 46 800 kv.m (4.68 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 192 100 kv.m (19.21 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 24 Noyabr 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 15 otlaq sahəsinə, 17 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 hərbi şəhərciyə, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 170 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, Daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın qarşısına, Norm Sement zavodunun ərazisinə, STP MMC-ə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar çayının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Röyal Park″ yaşayış massivinə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, meşə zolağına, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, beton zadonun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 7 524 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 942 892 kv.m ərazi (898 008 kv.m əl ilə, 1 653 940 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 277 944 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Xəbər lenti

Xəbər lenti