...

Azərbaycan-Ermənistan sərhədində monitorinq insidentsiz başa çatdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2017 12:55
Azərbaycan-Ermənistan sərhədində monitorinq insidentsiz başa çatıb.
Azərbaycan-Ermənistan sərhədində monitorinq insidentsiz başa çatdı

Trend-i buradan izləyin

Bakı. Trend:

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Joviç və Martin Şuster keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti