...

Nazir: Aprel döyüşlərində bütün erməni ordusu ilə Azərbaycan ordusunun 20 faizi vuruşdu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2019 17:45 (UTC +04:00)
Aprel döyüşlərinin əsas nəticəsi o oldu ki, erməni ordusu darmadağın oldu, Azərbaycan xalqında həmrəylik nümayiş olundu, vətənpərvərlik ruhu yüksəldi və Azərbaycan ordusunda döyüş təcrübəsi artdı. Trend-in məlumatına görə, bunu Azərbaycan müdafiə naziri Zakir Həsənov AzTV-ə müsahibəsində deyib.
Nazir: Aprel döyüşlərində bütün erməni ordusu ilə Azərbaycan ordusunun 20 faizi vuruşdu

Bakı. Elçin Mehdiyev Trend:

Aprel döyüşlərinin əsas nəticəsi o oldu ki, erməni ordusu darmadağın edildi, Azərbaycan xalqında həmrəylik nümayiş olundu, vətənpərvərlik ruhu yüksəldi və Azərbaycan ordusunda döyüş təcrübəsi artdı.

Trend-in məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov AzTV-ə müsahibəsində deyib.

Nazir bildirib ki, aprel döyüşlərində bütün erməni ordusu ilə Azərbaycan ordusunun 20 faizi vuruşdu.

Z.Həsənov bildirib ki, ermənilər iqtisadi, siyasi, ordu quruculuğu baxımdan Azərbaycanla bacara bilmirlər və başqa yola əl atırlar, satqınlardan istifadə edirlər, yalan və böhtan danışırlar:

“Ancaq onun da bir xeyri yoxdur. İndi 90-cı illərin əvvəlləri deyil, o zaman hərc-mərclikdən istifadə edib bizim torpaqlarımızı işğal etdilər. İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Artıq güclü dövlətçilik var, dövlətin başında güclü lider var, güclü iqtisadiyyat, ordu quruculuğu var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti