...

Miroslav Layçak: ATƏT prinsipləri münaqişələrin qarşısının alınması üzrə işin əsasında dayanmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2019 15:06 (UTC +04:00)
ATƏT prinsipləri münaqişələrin qarşısının alınması üzrə işin əsasında dayanmalıdır
Miroslav Layçak: ATƏT prinsipləri münaqişələrin qarşısının alınması üzrə işin əsasında dayanmalıdır

Bakı. Ləman Zeynalova - Trend:

ATƏT prinsipləri münaqişələrin qarşısının alınması üzrə işin əsasında dayanmalıdır.

Trend-in məlumatına görə, bunu Slovakiyanın xarici işlər naziri və ATƏT-in hazırkı sədri Miroslav Layçak ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasının iştirakçılarına ünvanlanmış müraciətində deyib.

M.Layçak bildirib ki, dünyada təhlükəsizlik üzrə inklüziv və hərtərəfli regional təşkilat olaraq ATƏT zamanın sınağından uğurla keçib:

“Təşkilatın əsasını norma, prinsip və öhdəliklərin toplusu təşkil edib. Həmçinin təşkilat vəziyyətə uyğunlaşmağa və inkişaf etməyə davam edən praktik vasitə və mexanizmlərə malikdir. ATƏT-in prinsip və öhdəlikləri münaqişələrin qarşısının alınması və bütün ATƏT regionunda sabitliyin möhkəmləndirilməsi üzrə işimizin mərkəzində dayanmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti