...

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2019 16:01 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır

Bakı. Ləman Zeynalova - Trend:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

Nazir ötən gün ermənistanlı həmkarı ilə ATƏT Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutmuş görüşü barədə danışıb:

“Dünən görüşümüz təxminən üç saat yarım davam edib. Bu, kifayət qədər sərt danışıqlar oldu. Təəssüf ki, qarşımızda hələ də həll olunmamış problemlər qalır. ATƏT Minsk qrupu ilə müzakirə etdiyimiz məsələ münaqişənin nizamlanmasına mərhələli yanaşmadır. Əlbəttə ki, birinci addım münaqişənin başlıca fəsadlarının aradan qaldırılması, yəni BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində vurğulandığı kimi, Qarabağ regionundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılması olmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti