Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycanın mülki əhalisinə və infrastrukturuna hücum etməklə, çarəsiz Ermənistan Azərbaycanı cavab tədbirlərinə vadar etməyə və bununla da xaricdən, məsələn Rusiyadan müdaxilənin baş verməsinə çalışır.
Bunu Trend-ə amerikalı jurnalist, ADA Universitetinin fəxri doktoru Tomas Qolts deyib.
O ümidvar olduğunu bildirib ki, Azərbaycan bu təxribata uymayacaq və işğal olunmuş ərazilərinin azad edilməsi üçün uğurlu hərbi əməliyyatları davam etdirəcək.
Kanadalı jurnalist Maykl Geller isə öz növbəsində Trend-ə bildirib ki, bütün ağıllı insanlar Azərbaycan Müdafiə nazirinin Ermənistan ərazisindən Azərbaycan ərazilərinin atəşə tutulmasının təxribat xarakteri daşıdığı və Ermənistanın döyüş əməliyyatlarının ərazisini genişləndirdiyi barədə bəyanatı ilə razılaşır.